Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarında ciddi çətinliklərlə üzləşib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “CBS News” agentliyinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, həyata keçirilən əməliyyatlar aşağı sürətlə davam etsə də Rusiya ordusunun yenidən güclənməsinin qarşısını alır.
“Hazırda bütün cəbhə boyu artilleriya döyüşləri gedir və bu dueldə hər tərəfdən gündə 40 minə yaxın mərmi atılır”, - Zelenski qeyd edib.