Bank Of Baku

Zelenski: Ukraynanın ballistik hücumlardan müdafiəsi üçün HHM raketlərinin kəskin çatışmazlığı yaranıb

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 27 iyul 2026 10:55 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Rusiyanın ballistik hücumlarını dəf etmək üçün hava hücumundan müdafiə raketlərinin kəskin çatışmazlığı ilə üzləşdiyini bildirib.

“Sky News” telekanalına müsahibəsində Zelenski deyib ki, hazırda əsas diqqət ABŞ Prezidenti Donald Trampla və digər müttəfiqlərlə danışıqlara yönəlib.

O bildirib ki, məqsəd Ukraynanın müdafiəsi üçün silah və maliyyə dəstəyinin davam etdirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsidir.

"Bizi qorumaq üçün raketlər çatışmır, bu, ciddi problemdir. Rusiyanın hərbi sənayesinə qarşı sanksiyalar kifayət etmir. Onlar ballistik raket istehsalını artırırlar. Buna görə də hava hücumundan müdafiə sistemlərinə mümkün qədər tez ehtiyacımız var", – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Rusiya iri şəhərlərə qarşı ballistik raketlərdən daha çox istifadə edir. Onun sözlərinə görə, təkcə ötən həftə Kiyevə bir saat ərzində 40 ballistik raket atılıb.

Zelenski əlavə edib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Ukraynanın hava hücumundan müdafiə vasitələrinə çıxışı da çətinləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR