Bank Of Baku

Zelenski: Ukraynada prezident seçkiləri referendumla eyni vaxtda keçirilə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 24 dekabr 2025 14:12 (UTC +04:00)

Ukraynada seçkilər sülh planının bəndlərindən biridir və onlar “mümkün qədər tez” keçirilməlidir.

APA “RBC-Ukraine”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, həmçinin istisna etməyib ki, hərbi vəziyyət saziş imzalandıqdan sonra bir neçə ay davam edə bilər. Bu halda prezident seçkiləri təhlükəsizlik şəraitində, parlament və yerli seçkilər isə hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək.

Bundan başqa, Zelenski seçkilərin referendumla eyni vaxtda keçirilməsi ehtimalını da istisna etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR