Zelenski Ukrayna SQ Ali Baş Komandanı Valeri Zalujnını siyasətlə məşğul olmamağa çağırıb.
APA xəbər verir ki, bu barədə Vladimir Zelenski “The Sun” nəşrinə müsahibəsində deyib.
Zelenski deyib ki, müharibə zamanı ordu siyasətlə məşğul ola bilməz, çünki bu, milli birliyə gətirib çıxarmır, lakin Ukrayna lideri hərbçilərin belə bir haqqının olduğunu da etiraf edib:
“Siyasətlə məşğul olmaq üçün o, siyasətə daxil olmalıdır, belə olan halda müharibədə iştirak edə bilməyəcək. Əgər siz gələcəkdə siyasətdə və ya seçkilərdə iştirak edəcəyinizi bilə-bilə müharibəni idarə edirsinizsə, o zaman çıxışlarınızda və cəbhədə özünüzü hərbçi kimi yox, siyasətçi kimi aparırsınız. Mən hesab edirəm ki, bu, çox böyük səhvdir”, - deyə Zelenski əlavə edib.