Bank Of Baku

Zelenskinin ofisi: Prezidentin "Avroviziya-2023"də çıxışı üçün müsabiqə təşkilatçılarına müraciət edilməyib

Zelenskinin ofisi: Prezidentin "Avroviziya-2023"də çıxışı üçün müsabiqə təşkilatçılarına müraciət edilməyib
# 12 may 2023 13:50 (UTC +04:00)

Ukrayna Prezidentinin ofisi Vladimir Zelenskinin "Avroviziya-2023"ün finalında onlayn çıxışı üçün müsabiqə təşkilatçılarına müraciət etməyib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov “Facebook” paylaşımında qeyd edib.

O, "The Times"ın məlumatının həqiqətə uyğun olmadığını qeyd edib: " Ukrayna Prezidentinin ofisi “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçılarına finalda və ya müsabiqənin hər hansı mərhələsində Vladimir Zelenskinin onlayn çıxışı təklifi ilə müraciət etməyib".

Nikiforov paylaşımın rəylərində əlavə edib ki, Ukrayna Prezidentinin ofisi həmçinin Avropa Yayım İttifaqına (EBU) da bu məqsədlə müraciət etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR