Bank Of Baku

Zelenskinin Ofisi: Ukraynanın Kremlə hücumlarla əlaqəsi yoxdur

Zelenskinin Ofisi: Ukraynanın Kremlə hücumlarla əlaqəsi yoxdur
# 03 may 2023 17:08 (UTC +04:00)

Müharibədə Ukrayna dövlətinin vəzifəsi işğal olunmuş əraziləri azad etməkdir, Moskvaya zərbələr endirmək deyil.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov BBC-yə Kremlə hücum cəhdinə dair məlumata münasibət bildirərkən deyib.

Nikiforovun sözlərinə görə, onlarda Kremlə gecə hücumları ilə bağlı informasiya yoxdur, amma Prezident Zelenski dəfələrlə deyib ki, Ukrayna bütün gücünü başqalarına hücuma deyil, öz ərazilərinin azad olunmasına yönəldir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR