Ötən gün Dmanisidə baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində bir məktəb binası və 20-yə yaxın yaşayış evi zədələnib.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə bu barədə regional administrasiya məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində Qantiadi nd məktəbində və bir sıra yaşayış evlərində çatlar yaranıb.
Bu səbəbdən həmin kənddə onlayn tədris rejiminə keçilib.
Ekspertiza məktəbin təmiri və ya sökülməsi ilə bağlı qərar qəbul edəcək.
Məlumatda bildirilib ki, Dmanisidə bu gün səhər saatlarından yaranmış dağıntıların hesablanması üzrə komissiya fəaliyyətə başlayıb. Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili də hadisə yerindədir.
Hökumətin dəyən ziyana görə yerli əhaliyə kompensasiya verəcəyi bildirilib.