Bank Of Baku

Zurabişvili “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini veto edəcək

Zurabişvili “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini veto edəcək
# 08 aprel 2024 18:34 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini veto qoyacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Prezidentin parlament katibi Giorgi Msxiladze bildirib. O, Prezidentin Konstitusiya haqqından istifadə edəcəyini və qanunun qüvvəyə minməsinin qarşısını alacağını vurğulayıb.
Msxiladzenin sözlərinə görə, parlamentin bu gün keçirilən büro iclasında hakim partiyanın ötən il verdiyi vədinə uyğun olaraq qanun layhəsinin qeydiyyatdan keçirilməməsi, komitə iclaslarında müzakirəyə çıxarılmaması tələb edilib.


Qeyd edək ki, “Gürcü Arzusu” partiyası ötən il “Xarici agentlər haqqında” adı ilə parlamentə təqdim etdiyi, lakin Tbilisidə iğtişaşlar səbəbilə ləğv etdiyi qanun layihəsini aprelin 3-də yenidən parlamentə təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR