Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyevin rekordu qırılıb.
Apasport.az saytının məlumatına görə, bu, qapalı məkanda Olimpiya sınaq yarışında rəsmiləşib.
Batuhan Altıntaş 300 m məsafəni 33,30 saniyəyə qət edib. Bununla da o, Quliyevin həmin məsafədəki Türkiyə rekordunu qırıb.
Dünya və Avropa çempionu olan həmyerlimiz 300 m məsafəni 33,94 saniyəyə qət etmişdi.