ETSN: 8 rayonda 53 mindən çox ağac əkilib

ETSN: 8 rayonda 53 mindən çox ağac əkilib
# 11 mart 2019 13:00 (UTC +04:00)

“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları keçirilib.

ETSN-nin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə 53145 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Qeyd olunub ki, yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR