Avstraliya ABŞ-dan müasir qanadlı raketlər alacaq

Avstraliya ABŞ-dan müasir qanadlı raketlər alacaq
# 21 avqust 2023 10:05 (UTC +04:00)

Avstraliya hökuməti Silahlı Qüvvələrin arsenalının gücləndirilməsi məqsədilə ABŞ-dan 200 ədəd “Tomahawk” qanadlı raketi və 60-dan çox “AARGM-ER” raketi alacaq.

APA xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib.

Nazirin sözlərinə görə, 1,7 milyard Avstraliya dolları (təxminən 1,1 milyard ABŞ dolları) ölkənin Silahlı Qüvvələri üçün ən güclü və texnoloji cəhətdən inkişaf etdirilmiş silah sistemlərinin alınmasına yönəldiləcək.

Qeyd olunub ki, alınacaq “Tomahawk” qanadlı raketləri Avstraliya Hərbi Dəniz Qüvvələrinin “Hobart” sinfinə aid esmineslərində yerləşdiriləcək.

Həmçinin əlavə olunub ki, Avstraliya hökuməti “Spike” uzaqmənzilli tank əleyhinə idarə olunan raketlərin alınmasını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR