Avstraliya Fələstin dövlətinin tanınmasını nəzərdən keçirəcək

Avstraliyanın xarici işlər naziri Penni Vonq

© APA | Avstraliyanın xarici işlər naziri Penni Vonq

# 09 aprel 2024 17:44 (UTC +04:00)

Avstraliya Fələstin dövlətinin tanınmasını "iki dövlətli həll yolunda təkan yaratmaq vasitəsi kimi" nəzərdən keçirəcək.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.

Avstraliya Milli Universitetində danışan XİN rəhbəri bildirib ki, "iki dövlətli həll sonsuz zorakılıq dövrəsini qırmaq üçün yeganə ümiddir".

"İsrail öz bölgəsinin ölkələri tərəfindən tanınmasa, onun uzunmüddətli təhlükəsizliyi olmayacaq", XİN rəhbəri vurğulayıb.

Avstraliya xarici işlər naziri HAMAS barədə də danışıb. "Gələcək Fələstin dövlətində HAMAS-ın heç bir rolu yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR