Bank Of Baku

Avstraliya Fələstini dövlət kimi tanıyacaq

Avstraliyanın Baş naziri- Antoni Albaniz

© APA | Avstraliyanın Baş naziri- Antoni Albaniz

# 11 avqust 2025 10:31 (UTC +04:00)

Avstraliya sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.

APA xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Antoni Albaniz deyib.

“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Fransa, Böyük Britaniya və Kanada da Fələstini tanıyacaqlarını bəyan etmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Avstraliya və Okeaniya ölkələri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR