Avstraliya İranın bir sıra hüquqi və fiziki şəxslərinə sanksiya tətbiq edib

Avstraliya İranın bir sıra hüquqi və fiziki şəxslərinə sanksiya tətbiq edib
# 13 sentyabr 2023 10:53 (UTC +04:00)

Avstraliya hökuməti Məhsa Əminin faciəvi ölümünə səbəb olan həbsinin birinci ildönümündə İranda dörd şəxs və üç quruma qarşı məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edib.

APA xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sanksiyaya məruz qalan şəxslər arasında İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Montazer Əl-Mehdi də var. O, məcburi örtünmə qanunlarını pozması iddiası ilə iranlı qadın və qızlara qarşı dəfələrlə hədələyici bəyanatlar verib.

Sanksiya tətbiq olunanlar arasında bu ölkədə internet fəaliyyətini məhdudlaşdıran İran Kiber Polisi və siyasi motivlərlə saxlanılan və mühakimə olunan iranlıların və ikili vətəndaşların məcburi etiraflarını yayımlayan dövlət tərəfindən dəstəklənən Press TV telekanalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR