Avstraliya Rusiya qarşı yeni sanksiyalar tətbiq edib

Avstraliya Rusiya qarşı yeni sanksiyalar tətbiq edib
# 24 fevral 2024 08:29 (UTC +04:00)

Avstraliya hökuməti Rusiyanın 55 fizikişəxsinə və 37 təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

Yeni məhdudiyyətlər Rusiyanın müdafiə, energetika, media və dağ-mədən sektorundakı obyektlərə, həmçinin Belarus, İran və Şimali Koreyadakı şirkətlərlə əlaqəli təşkilatlara yönəlib.

Bundan əvvəl ABŞ Rusiyanın 250 fiziki və hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib. Dövlət katibi Antoni Blinkenin sözlərinə görə, Vaşinqton Ukraynadakı münaqişənin Moskva üçün “strateji məğlubiyyətə” çevrilməsi üçün hər şeyi etməyə çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR