Avstraliya Rusiya şirkətlərinə sanksiya tətbiq edir

Avstraliya Rusiya şirkətlərinə sanksiya tətbiq edir
# 24 fevral 2023 04:41 (UTC +04:00)

Avstraliya 90 Rusiya vətəndaşı və 40 təşkilata qarşı sanksiya tətbiq edir.

APA-nın xəbərinə görə, bu barədə ölkənin baş naziri Entoni Albaneze məlumat verib.

Baş nazir bildirib ki, sanksiyalar siyahısına “Rusiya enerji, təbii ehtiyatlar, sənaye, təhsil, əmək, miqrasiya və səhiyyəyə cavabdeh olan nazirlər, habelə Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən vətəndaşlar və təşkilatlar” yer alacaq.

Avstraliya hökuməti yeni sanksiyalara məruz qalan vətəndaşların və təşkilatların ətraflı siyahısını hələ dərc etməyib. Lakin qeyd edilir ki, siyahıya hərbi zavodlar daxil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR