Avstraliya "TikTok"un hökumətə məxsus bütün cihazlarda istifadəsini qadağan edir

Avstraliya "TikTok"un hökumətə məxsus bütün cihazlarda istifadəsini qadağan edir
# 04 aprel 2023 11:44 (UTC +04:00)

Avstraliya "TikTok"un federal hökumətə məxsus bütün cihazlarda istifadəsini qadağan edir.

APA "Reuters"ə istinadən xəbər verir ki, Avstraliya hökumətinin bu qadağası Çinin Qərbin təhlükəsizlik maraqlarını pozaraq istifadəçilərin məlumatlarını toplamaq üçün "ByteDance" Ltd-ə məxsus Pekində yerləşən şirkətdən istifadə edə biləcəyi ilə bağlı artan narahatlığı ilə bağlıdır.
"TikTok" Avstraliyanın qərarından son dərəcə məyus olduğunu bildirib və bunu "faktla deyil, siyasətlə bağlı qərar" adlandırıb.
Avstraliyanın Baş prokuroru Mark Dreyfus verdiyi açıqlamada qadağanın mümkün qədər tez qüvvəyə minəcəyini deyib və əlavə edib ki, istisnalara icazə yalnız müvafiq təhlükəsizlik tədbirləri görüldükdə veriləcək.
Avstraliyanın qadağası ilə Avstraliya, Kanada, ABŞ, Britaniya və Yeni Zelandiyadan ibarət “Beş Göz” adlanan kəşfiyyat informasiyalaranın paylaşma şəbəkəsinin bütün üzvləri proqramı hökumət cihazlarında qadağan ediblər. Fransa, Belçika və Avropa Komissiyası da oxşar qadağalar elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR