Avstraliya Ukraynaya 73,4 milyon dollar ayıracaq

Avstraliya Ukraynaya 73,4 milyon dollar ayıracaq
# 26 iyun 2023 08:00 (UTC +04:00)

Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollar məbləğində daha bir maliyyə yardımı ayıracaq.

APA xəbər verir ki, bu barədə baş nazir Entoni Albanese bildirib.

Qeyd olunub ki, bu vəsait hərbi maşın və sursatların alınmasına sərf olunacaq.

Avstraliya baş nazirinin bəyanatı hökumət ofisi tərəfindən yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR