Avstraliyada helikopter qəzasında 3 ABŞ hərbçisi ölüb, 20-i yaralanıb - YENİLƏNİB-1

Avstraliyada helikopter qəzasında 3 ABŞ hərbçisi ölüb, 20-i yaralanıb - YENİLƏNİB-1
# 27 avqust 2023 12:11 (UTC +04:00)

Avstraliya sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 ABŞ hərbçisi ölüb, 20-ə qədər hərbçi yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı məlumat yayıb.

Bundan əvvəl qəza nəticəsində 23 ABŞ dəniz piyadasının yaralandığı açıqlanıb. Şimal ərazi polisinin komissarı Maykl Merfi bildirib ki, yaralı hərbçilərdən 3-ü Darvin şəhər hospitalına yerləşdirilib.

***

saat 08.43

Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu hərbi helikopter Avstraliyanın şimalında Predator's Run 2023 təlimi zamanı qəzaya uğrayıb. Qəza zamanı itkin düşən əsgərlərin axtarışları davam edir.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, “Predator's Run 2023” təlimləri zamanı hərbi helikopterlə bağlı insident baş verib: “İlkin məlumatlara görə, insident zamanı ABŞ Müdafiə Nazirliyinin əməkdaşları xəsarət alıb. Avstraliya hərbçiləri helikopterdə olmayıb".

Hadisə yerində xilasetmə işləri davam edir.

Zərərçəkənlərlə bağlı məlumat verilmir.

***

08.24

ABŞ-nin 20 dəniz piyadasının olduğu helikopter Avstraliyanın Melvil adasında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Sky News Australia məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR