Avstraliyada Hindistan, ABŞ və Yaponiyanın iştirakı ilə “Malabar” təlimləri keçirilir

Avstraliyada Hindistan, ABŞ və Yaponiyanın iştirakı ilə “Malabar” təlimləri keçirilir
# 11 avqust 2023 11:56 (UTC +04:00)

Hindistan, ABŞ və Yaponiya Hərbi Dəniz qüvvələrinin iştirakı ilə Avstraliyada “Malabar” təlimləri keçirilir.

APA xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Riçard Marlz bildirib.

Nazirin sözlərinə görə, Avstraliyanın şərq sahillərində başlayan təlimlər 21 avqusta qədər davam edəcək və təlimlərin keçirilməsində məqsəd iştirakçı tərəfdaşlar arasında qarşılıqlı əlaqəni artırmaqdır.

Təlimlərdə altı gəminin iştirak edəcəyi planlaşdırılır. Avstraliya və Hindistandan iki, Yaponiya və ABŞ-dan isə bir gəmi təlimlərə qatılacaq.

Qeyd olunub ki, “Malabar” hərbi dəniz təlimləri 1992-ci ildən Hindistan və ABŞ-ın iştirakı ilə keçirilir. 2015-ci ildən etibarən Yaponiya daimi üzv kimi təlimlərə qoşulub.

Avstraliya gəmiləri 2007-ci ildə ilk dəfə təlimlərdə iştirak edib, sonradan ölkə daimi iştirakçılardan birinə çevrilib. Kanberra bu il ilk dəfə olaraq öz ərazisində təlimlərə ev sahibliyi edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR