Avstraliyada nasist salamı verənlər həbs ediləcək

Avstraliyada nasist salamı verənlər həbs ediləcək
# 08 yanvar 2024 11:12 (UTC +04:00)

Bu gündən etibarən Avstraliyada nasist salamını qadağan edən qanun qüvvəyə minib.

APA "Reuters"ə istinadən xəbər verir ki, eyni qanun terrorçu qruplarla əlaqəli simvolların satışını və ya açıq nümayişini qadağan edir.

Qanuna görə, nasist salamı və ya nasist nişanlarını nümayiş etdirən şəxs bir il həbs cəzası ala bilər.

İyun ayında təqdim edilən və dekabrda təsdiqlənən qanun HAMAS-ın İsrailə hücumundan sonra daha da aktuallaşıb.

Qeyd edək ki, Qəzzada müharibə başlayandan bəri Avstraliyada İsrail əleyhinə nümayişlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR