Avstraliyada qəzaya uğrayan hərbi helikopterin ekipaj üzvləri tapılmayıb - YENİLƏNİB

Avstraliyada qəzaya uğrayan hərbi helikopterin ekipaj üzvləri tapılmayıb - YENİLƏNİB
# 29 iyul 2023 07:09 (UTC +04:00)

Ötən gecə Avstraliyanın şimal-şərqində qəzaya uğrayan hərbi helikopterin ekipaj üzvləri tapılmayıb və onlar hələ də itkin düşmüş hesab olunurlar.

APA-nın məlumatına görə, bunu Avstraliya Müdafiə Nazirliyinin rəhbəri Riçard Marles deyib.

O, Avstraliya ordusuna məxsus göyərtəsində dörd ekipaj üzvü olan MRH-90 helikopterinin Hamilton adası yaxınlığında qəzaya uğradığını vurğulayıb. Marlesin sözlərinə görə, qəzadan dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb, təyyarədə olanlar hələ də tapılmayıb.

***

02.54

Avstraliyanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA-nın “9News” telekanalına istinadən verdiyi məlumata görə, qəzaya uğrayan təyyarənin ekipajı “Talisman Saber” hərbi təlimlərində iştirak edib.

Telekanalın məlumatına görə, insident Hamilton adası yaxınlığında baş verib. Qəzaya uğrayan helikopter təlimlər zamanı ABŞ və Avstraliya hərbçilərinin qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün təlim manevrləri həyata keçirirdi.

Avstraliya HHQ məxsus helikopterin qəzaya uğradığı yerdə hadisənin səbəbləri və şəraiti ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR