Filippində təyyarə vulkanın krateri yaxınlığında qəzaya düşüb, ölənlər var

Filippində təyyarə vulkanın krateri yaxınlığında qəzaya düşüb, ölənlər var
# 23 fevral 2023 09:28 (UTC +04:00)

Filippində təyyarə fəaliyyətdə olan vulkanın krateri yaxınlığında qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, nəticədə iki Avstraliya vətəndaşı, iki yerli sakin həlak olub.

Qeyd edilib ki, təyyarə fevralın 18-də Manilaya uçub, iki saat sonra onunla əlaqə kəsilib. Üç sutka sonra isə təyyarənin qalıqları fəaliyyətdə olan Mayon vulkanının krateri yaxınlığında aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR