İndoneziyada 2 güclü zəlzələ baş verib

İndoneziyada 2 güclü zəlzələ baş verib
# 29 avqust 2023 01:13 (UTC +04:00)

İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 318 min nəfər əhalisi olan Mataramdan 200 km şimalda, 518 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yox idi.

Daha sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi İndoneziya sahillərində ikinci zəlzələnin qeydə alındığını, onun maqnitudasının 5,6 olduğunu bildirib. Yeni zəlzələnin episentri həmin şəhərdən 209 km şimal-şərqdə, 477 km dərinlikdə yerləşirdi. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR