İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib
# 11 noyabr 2023 02:17 (UTC +04:00)

İndoneziyada 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 345 min nəfər əhalisi olan Ambon şəhərindən 5 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 39 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR