İndoneziyada vulkan püskürüb

İndoneziyada vulkan püskürüb
# 07 fevral 2024 04:36 (UTC +04:00)

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürərək, təxminən 1000 metr hündürlüyə vulkanik kül püskürüb.

APA xəbər verir ki, “Antara News”un məlumatına görə, vulkan yerli vaxtla saat 07.30-da püskürüb.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) açıqlamasında, partlayış mərkəzindən 5 kilometr və Besuk Kobokan yaxınlığında çay yatağından 500 metr uzaqlaşmağın lazım olduğuna diqqət çəkdi.

Semeru Vulkanının aktivlik səviyyəsi 16 dekabr 2021-ci ildən etibarən 3-cü xəbərdarlıq səviyyəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR