KİV: Antarktida buzlaqları sürətlə əriməkdə davam edir

KİV: Antarktida buzlaqları sürətlə əriməkdə davam edir
# 05 mart 2023 19:45 (UTC +04:00)

Antarktidanın buz örtüyünün sahəsi sürətlə əriməyə davam edir və 1979-cu ildən indiyə qədər ən aşağı səviyyəyə düşüb.

APA xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Nəşr bildirir ki, Antarktidanın buz örtüyünün sahəsi 44 il ərzində əhəmiyyətli dərəcədə (1.79 milyon kvadrat kilometrə qədər) azalıb.

Qeyd olunan göstərici 1979-cu ilin rekordundan 136 min kvadrat kilometr çox olub ki, bu da Tasmaniya adasından iki dəfə böyükdür. Buzlaqların əriməsi rekord sürətlə davam edir ki, bu da qlobal iqlim dəyişikliyinə səbəb ola bilər.

“Biz görürük ki, hər yerdə buz getdikcə azalır. Bu, fövqəladə bir hadisədir”, - deyə Tasmaniya Universitetinin Antarktika buzları üzrə eksperti eksperti Uill Hobbs bildirib.

Ekspertlərin fikrincə, Antarktida buzlarının əriməsi dünya okeanlarında suyun səviyyəsini xeyli yüksəldə bilər və əsas problem “Qiyamət buzlaqı” kimi tanınan “Tueyts” buzlağıdır. Buzlaq Amundsen dənizində yerləşir.

Onun əriməsi dünya okeanlarında suyun səviyyəsinin yarım metr artmasına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR