Pandemiyaya görə toyu təxirə salınan sabiq baş nazir evlənib

Pandemiyaya görə toyu təxirə salınan sabiq baş nazir evlənib
# 13 yanvar 2024 12:24 (UTC +04:00)

Yeni Zelandiyanın keçmiş Baş naziri Yasinda Ardernin nigah mərasimi olub.

APA "Associated Press"ə istinadən xəbər verir ki, daha əvvəl nigahı COVID19 pandemiyası səbəbiylə təxirə salınmış keçmiş Baş nazir xanım Ardern özəl mərasimdə uzun müddətdir partnyoru Klark Geyford ilə evlənib.

Mərasimin Yeni Zelandiyanın paytaxtı Vellinqtondan 325 kilometr (200 mil) uzaqlıqdakı mənzərəli Hauke's Bay bölgəsindəki lüks bir üzüm bağında keçirildiyi bildirilir.

Nigah mərasiminə onun ailəsi, yaxın dostları və 43 yaşlı Ardernin keçmiş deputat həmkarlarından bir neçəsi, o cümlədən keçmiş baş nazir Kris Hipkins dəvət edilib.

Xatırladaq ki, Yeni Zelandiyanın keçmiş Baş naziri Yasinda Ardern 2022-ci ilin yanvarında COVID məhdudiyyətlərini elan etdikdən sonra öz toyunu da ləğv etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR