Tonqa Krallığının sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

Tonqa Krallığının sahillərində 5,2 bal gücündə zəlzələ baş verib
# 05 mart 2023 04:32 (UTC +04:00)

Tonqa Krallığının sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 4300 nəfərin yaşadığı Neyafu şəhərindən 240 km şimal-şərqdə yerləşib.

Yeraltı təkanlar yerin 46 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR