Vellinqtonda hosteldə yanğın baş verib, 10 nəfər ölüb - YENİLƏNİB

Vellinqtonda hosteldə yanğın baş verib, 10 nəfər ölüb - YENİLƏNİB
# 16 may 2023 05:22 (UTC +04:00)

Vellinqtonda hosteldə baş verən yanğında ölənlərin sayı 10-a çatıb.

APA xəbər verir ki, bu barədə ölkə polisinin məlumatında deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, yanğınsöndürənlər yanan binadan 52 nəfəri xilas edə bilib.

Yanğın zamanı azı 24 nəfərin xəsarət aldığı bildirilir. Onların əksəriyyətinə yerində tibbi yardım göstərilib, dörd nəfər isə Vellinqton xəstəxanasının təcili yardım otağına yerləşdirilib.

Vellinqtonun mərkəzi yaxınlığında yerləşən hosteldə yanğın yerli vaxtla saat 01:00 radələrində (15 may Bakı vaxtı ilə 17:00) başlayıb.

20-dən çox yanğınsöndürmə briqadası xəbərdar edilib.

***

Saat 03:08

Yeni Zelandiyanın paytaxtı Vellinqtondakı hosteldə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə "New Zealand Herald" qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, 30 nəfər itkin düşüb.

Polis ölənlərin sayının arta biləcəyini istisna etmir.

Hadisənin səbəbləri müəyyən edilməyib.

Xilasetmə xidmətləri hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR