Yeni Zelandiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiya sahillərində 5,2 bal gücündə zəlzələ baş verib
# 01 may 2023 07:26 (UTC +04:00)

Sakit okeanın cənubundakı Yeni Zelandiyanın Kermadec arxipelaqında 5,2 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avstraliyanın Dövlət Geoloji Bürosu məlumat yayıb.

Yeraltı təkanların episentri Raul arxipelaqının əsas adasından 80 km cənub-şərqdə və 1,6 milyondan çox insanın yaşadığı Oklenddən 980 km şimalda olub.

Kermadec arxipelaqında yaşayış yoxdur, lakin Raul adasında il boyu fəaliyyət göstərən tədqiqat stansiyası var. Burada Yeni Zelandiyadan olan 80-ə yaxın alim yaşayır və işləyir.

Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR