Yeni Zelandiyada 5,7 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Geonet xidməti məlumat yayıb.
Zəlzələ Yeni Zelandiyanın şimal və cənub adalarını ayıran Kuk boğazında, ölkə paytaxtından 25 kilometr qərbdə baş verib.
Mümkün ölüm və dağıntılar barədə məlumat daxil olmayıb.