Afrikada 22,5 min insan koronavirusa yoluxub

Afrikada 22,5 min insan koronavirusa yoluxub
# 21 aprel 2020 04:35 (UTC +04:00)

Afrikada koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 22,5 min nəfəri keçib, 1,1 mindən çox insan ölüb.

APA xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi məlumat yayıb.

Məlumata görə, Afrika Birliyinə aid 55 ölkənin 52-də 22 513 xəstəlik aşkarlanıb, 1126 adam virusdan ölüb. Mütəxəssislər virusa yoluxmuş olan 5534 xəstənin sağaldığını da bildirirlər.

Koronavirus infeksiyası hallarının çoxu Cənubi Afrika (3158), Misir (3144), Mərakeş (2990), Əlcəzair (2619) və Kamerunda (1016) aşkar edilib.

Afrikanın üç ölkəsində - Lesoto, Qərbi Səhra və Komor ada dövlətində koronavirusa yoluxma halı aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR