Benində gəmiyə hücum edən dəniz quldurları girov götürdüyü ekipaj üzvləri ilə birlikdə gəmini tərk ediblər - YENİLƏNİB

Benində gəmiyə hücum edən dəniz quldurları girov götürdüyü ekipaj üzvləri ilə birlikdə gəmini tərk ediblər - YENİLƏNİB
# 21 aprel 2020 19:13 (UTC +04:00)

"Tommi Ritscher" konteyner daşıyan gəmiyə hücum edən dəniz quldurları ekipaj üzvləri ilə birlikdə gəmini tərk ediblər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiyanın Benin və Toqodakı səfirliyi məlumat yayıb.

"Müəyyən edilib ki, hücum edənlər gəminin 8 heyət üzvünü girov götürərək gəmini və Beninin ərazi sularını tərk ediblər", - səfirlik "Twitter"də bildirib.

05:22

Portuqaliya bayrağı ilə üzən “Tommi Ritscher” adlı konteyner gəmisi Benin sahillərində naməlum şəxslər tərəfindən qaçırılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi məsələlərini araşdıran “Dryad Global” xidməti məlumat verib.

Məlumata görə, ekipaj üzvləri arasında Rusiya, Ukrayna, Filippin və Bolqarıstan vətəndaşları da var. Qeyd olunur ki, 11 ekipaj üzvü xüsusi möhkəmləndirilmiş otağa daxil ola bilib, daha səkkiz nəfərin isə silahlılar tərəfindən tutulduğu ehtimal olunur.

“Dryad Global” xidməti qeyd edib ki, Nigeriya rəsmiləri qaçırılan konteyner gəmisinin istiqamətində patrul gəmisi göndərib. Gəmini ələ keçirənlər öz tələblərini hələ də bildirməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR