Konqoda təyyarə qəzası nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb - YENİLƏNİB-1

Konqoda təyyarə qəzası nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb  - YENİLƏNİB-1
# 25 noyabr 2019 03:36 (UTC +04:00)

Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərində Busy Bee aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb, daha 16 nəfər isə xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl verilən məlumatda “Dornier-228” tipli sərnişin təyyarəsinin havaya qalxdıqdan üç dəqiqə sonra qəzaya uğradığı bildirilirdi.

Həmin vaxt 24 nəfərin öldüyü deyilsə də, sonradan xilasedicilər daha 3 cəsədi dağıntılar altından çıxarıb, ölənlərdən yeddi nəfəri eyni ailənin üzvləri olub. Yaralıların hamısının xəstəxanalara yerləşdirildiyi bildirilir.

***

24 noyabr, saat 05:16

Konqoda “Busy Bee” şirkətinə məxsus “Dornier-228” tipli kiçik tutumlu təyyarənin Qoma şəhəri üzərində qəzaya uğraması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Actualite” portalı məlumat yayıb.

Qeyd edək ki, təyyarə yaşayış evinin üzərinə düşüb. Təyyarədə 17 sərnişin və 2 heyət üzvü olub.

Bundan əvvəl 6 nəfərin cəsədinin tapıldığı açıqlanmışdı.

***

23 noyabr, saat 14:44

Konqoda “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə qəzaya uğrayıb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə Qoma şəhərində yaşayış məskəninə düşüb.

Təyyarədə 17 sərnişin və 2 heyət üzvü olub. Qəzada sərnişinlərin və heyət üzvlərinin hamısının həyatını itirdiyi ehtimal edilir. Qoma şəhərinin meri qəzaya uğramış təyyarədə olanlardan 6 nəfərin cəsədinin artıq tapıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR