Malidə Fransa hərbçiləri tərəfindən 30-dan çox terrorçu öldürülüb

Malidə Fransa hərbçiləri tərəfindən 30-dan çox terrorçu öldürülüb
# 08 fevral 2020 05:18 (UTC +04:00)

Fransa hərbçilərinin Malidə keçirdikləri əməliyyat nəticəsində Əl-Qaidə və İŞİD terror təşkilatı ilə əlaqəsi olan 30-dan çox yaraqlı öldürülüb, bir neçə nəqliyyat vasitələri məhv edilib.

APA-nın məlumatına görə, bu barədə Fransa Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Gourma və Liptako bölgələrində iki gündə davam edən hərbi əməliyyatlar 3 ayrı plan üzrə həyata keçirilib.

Əməliyyatlar zamanı Fransaya məxsus dronlar, döyüş təyyarəsi və iki helikopter havaya qaldırılıb.

Qeyd edək ki, Fransa Silahlı Qüvvələrinin sözügedən bölgədə 4500 hərbçisi var. BMT-nin isə bu ölkədə 13 min nəfərlik sülhməramlısı mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR