Misir prezidenti Süveyş kanalını bağlayan gəminin boşaldılması barədə göstəriş verib

Misir prezidenti Süveyş kanalını bağlayan gəminin boşaldılması barədə göstəriş verib
  • Clock-gray 23:19
  • calendar-gray 28 Mart 2021

Misir prezidenti Əbdül Fəttah əs-Sisi Süveyş kanalında hərəkəti dayandıran “Ever Given” konteyner gəmisinin boşaldılması barədə əmr verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Extra News” telekanalı məlumat yayıb.

Öz növbəsində su kanalının idarə rəhbəri Usama Rabia “Al-Arabiya” telekanalına verdiyi müsahibəsində belə bir ssenarinin hazırlandığını təsdiqləyib.

“Gəmini hərəkətə gətirmək üçün gecə-gündüz çalışırıq, işlər iki yolla aparılır – yedəyə qoşub dartma və dibin təmizlənməsi. Üçüncü ssenariyə – gəmidəki yüklərin azaldılması işlərinə hazırlaşırıq. Bu ssenari çox çətindir və çox vaxt tələb edir”, - Rabia belə deyib.

Sərxan Kamallı

Digər xəbərlər