Misirdə koronavirusa yoluxanların sayı artıb

Misirdə koronavirusa yoluxanların sayı artıb
  • Clock-gray 05:39
  • calendar-gray 16 Mart 2020

Misirdə koronavirusa daha 17 yoluxma faktı qeydə alınıb. Bununla da bu ölümcül virusa yoluxmuş xəstələrin sayı 110 nəfərə çatıb.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin məlumatında son bir gün ərzində virusa yoluxanların 14-nün yerli sakinlər, üçünün isə əcnəbilər olduğu bildirilib.

Karantin xəstəxanalarında 21 xəstə müalicə olunaraq evə buraxılıb, son 48 saatda qızdırma və öskürək şikayəti ilə müraciət edən 33 nəfərdə isə virus aşkar olunmayıb.

Qeyd edək ki, indiyədək Misirdə koronavirusa yoluxan iki nəfər həyatını itirib. Onlardan biri yerli sakin, digəri isə 60 yaşlı alman turistdir. Hazırda ölkədə universitet və orta məktəblər bağlanılıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date