Nigeriyada quldurlar məktəbdən 54 şagirdi qaçırıblar

Nigeriyada quldurlar məktəbdən 54 şagirdi qaçırıblar
  • Clock-gray 07:55
  • calendar-gray 13 Dekabr 2020

Nigeriyanın şimalında quldur dəstəsi oğlanlar üçün nəzərdə tutulmuş internat-məktəbdən 54 şagirdi qaçırıblar.

APA xəbər verir ki, bu barədə Nigeriyanın “Arise” telekanalı məlumat yayıb.

“Məktəbdə 884 şagird var idi, çoxsaylı yoxlamalardan sonra 54 şagirdin itkin düşdüyü məlum olub”, - təhsil müəssisəsinin işçilərindən biri telekanala bildirib. Bundan bir qədər əvvəl Nigeriyanın “This Day” qəzeti onlarla adamın qaçırıldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, hücum Katsina ştatının Kankara şəhərində həyata keçirilib. Dekabrın 11-də gecə saatlarında quldurlar motosikletlərlə məktəb binasına gələrək orada atəş açıblar. Həmin vaxt şagirdlər yuxuda olublar. Bu, Nigeriya prezidenti Məhəmməd Buxarinin ştata gəlişindən 48 saat sonra baş verib.

Ştatın hərbi dairələrinin nümayəndəsi Qambo İsa bildirib ki, uşaqların azad edilməsi əməliyyatına ordu və hərbi hava qüvvələri cəlb olunub.

“Polis bölmələri cinayətkarları təqib edib və 200 məktəblini xilas etməyi bacarıb”, - deyə Q.İsa bildirib. Ştatın qubernatoru Aminu Bello Masari də şənbə günü məktəbi ziyarət edib. O, Katsina ştatındakı bütün internat-məktəblərin dərhal bağlanmasını əmr edib.

apa-logo-mini

Digər xəbərlər