Oman sultanı Qabus Bin Səid uzun sürən xəstəlikdən sonra vəfat edib

Oman sultanı Qabus Bin Səid uzun sürən xəstəlikdən sonra vəfat edib
# 11 yanvar 2020 05:56 (UTC +04:00)

Oman sultanı Qabus bin Səid Əl Səid uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının Katibliyinin "Twitter" hesabında bildirilib.

Sultan Qabusun ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib, 40 gün müddətinə dövlət bayraqları endirilib.

Qeyd edək ki, sultan 2015-ci ildən etibarən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Belçikanın klinikalarından birində müalicə olunan Qabus Bin Səid ötən il dekabrın sonunda vətəninə qayıtıb.

Digər ərəb liderlərindən fərqli olaraq, Qabus varis adını açıqlamayıb. Buna görə də növbəti sultanın kim olacağı hələlik bilinmir.

Ölkə Konstitusiyasına görə, hakim ailə "taxtdan azad olunduqdan sonra" üç gün ərzində varisi seçməlidir. Bu müddət ərzində varis elan edilmirsə, yüksək vəzifəli təhlükəsizlik işçilərindən, Ali Məhkəmənin və Oman Şurasının (parlament tipli iki palatalı məsləhət orqanı) rəhbərlərindən ibarət məclisin iştirakı ilə gələcək hökmdarın adı həkk olunmuş möhürlənmiş zərf açıqlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR