Somalidə hərbi bazanın yaxınlığında partlayış törədilib, 8 əsgər ölüb

Somalidə hərbi bazanın yaxınlığında partlayış törədilib, 8 əsgər ölüb
# 08 avqust 2020 13:47 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, paytaxtda hərbi bazanın yaxınlığında avtomobil partladılıb.

Hadisə nəticəsində ən azı 8 əsgər ölüb, 14 nəfər yaralanıb.

Məlumata görə, “12 aprel” hərbi briqadasının bazası əsas hədəf kimi seçilib. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Ölənlərin sayının artması ehtimal olunur.

Qeyd edək ki, Somalidəki “Əl-Şabab” terror qruplaşması tez-tez Moqadişodakı hərbi bazaları hədəf alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR