ÜST CAR-da yayılmış koronavirus ştammının daha yoluxucu olduğunu açıqlayıb

ÜST CAR-da yayılmış koronavirus ştammının daha yoluxucu olduğunu açıqlayıb
  • Clock-gray 07:24
  • calendar-gray 19 Fevral 2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika Respublikasında (CAR) yayılmış koronavirus ştammının “adi” SARS-CoV-2 variantından daha yoluxucu olduğunu açıqlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, ÜST-ün fövqəladə xəstəliklər şöbəsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove bunun xəstəliyin gedişatının ağırlığına təsir göstərmədiyini deyib.

“Bu ştamm da Britaniya variantı kimi daha yoluxucudur”, - qurum rəhbəri belə deyib və bildirib ki, sosial məsafə kimi qabaqlayıcı tədbirləri nəzərə almaqla infeksiyanın yayılmasını ləngitmək mümkündür.

Qeyd edək ki, 501.V2 ştammı CAR-da ilk dəfə oktyabr ayında müəyyən edilib.

apa-logo-mini

Digər xəbərlər