ASCO donanmalarına 70-dən çox yeni gəmi daxil olacaq

ASCO donanmalarına 70-dən çox yeni gəmi daxil olacaq
# 24 iyun 2019 17:23 (UTC +04:00)

Yaxın 10 ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üçün 70-dən çox gəminin alınması və tikintisi planlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu barədə QSC-nin rəhbəri Rauf Vəliyev “Dənizçi Günü” peşə bayramı münasibəti ilə öz təbrik müraciətində qeyd edib.

Onun sözlərinə görə, bu işlər donanmaların yenilənməsi planı çərçivəsində həyata keçiriləcək. Bu prosesdə yerli gəmiqayırmanın imkanlarından da istifadə olunur. Belə ki, Bakı Gəmiqayırma Zavodu indiyədək ASCO üçün bir liman-yedək, üç sərnişin gəmisi tikib.

R. Vəliyevin sözlərinə görə, hazırda Zavodda ASCO üçün dörd RST12C tipli yeni nəsil tanker, iki unikal “Ro-Pax” tipli (CNF- 18C) gəmi-bərə tikilir. Bu ilin fevralında həmin gəmilərdən birinin – “Laçın” tankerinin suya salınması mərasimi keçirildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR