Assanjın Ekvador səfirliyində qalan əşyaları ABŞ nümayəndələrinə verilib

Assanjın Ekvador səfirliyində qalan əşyaları ABŞ nümayəndələrinə verilib
  • Clock-gray 00:36
  • calendar-gray 21 May 2019

Culian Assanjın Ekvadorun Londondakı səfirliyində qalan şəxsi əşyaları və sənədləri Ekvador rəsmi dairələri tərəfindən ABŞ nümayəndələrinə təqdim edilib.

APA“Life”a istinadən xəbər verir ki, bu barədə "WikiLeaks" təşkilatının “Twitter” səhifəsində məlumat yer alıb.

Təşkilatdan bildirilib ki, “əmlakın qeyri-qanuni götürülməsi”ndə nə Assanj özü, nə onun vəkili, nə də BMT nümayəndələri iştirak edib. Məlumata görə, bu ilin aprelində C.Assanj həbs olunandan ona məxsus əşyaların qaytarılması üçün vəkil və Avstraliya konsulu Ekvador səfirliyinə bir neçə dəfə sorğu göndərib, ancaq sorğu hər dəfəsində də cavabsız qalıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date