Dəniz quldurları Norveç gəmisinə hücum edərək 9 dənizçini qaçırıb

Dəniz quldurları Norveç gəmisinə hücum edərək 9 dənizçini qaçırıb
# 04 noyabr 2019 07:22 (UTC +04:00)


Dəniz quldurları Qərbi Afrikada yerləşən Benin dövlətinin sahillərində Norveçə məxsus gəmiyə hücum ediblər.

APA “Reuters”ə istinadla xəbər verir ki, quldurlar gəmidən doqquz nəfər heyət üzvünü qaçırıblar.

Hadisə gəmi lövbər salarkən baş verib. Ekipaj üzvlərinin quldurlara müqavimət göstərmədiyi bildirilib.

Hazırda yerli hakimiyyət orqanları baş verən hadisənin təfərrüatını öyrənməyə çalışır.

Girov götürülən dənizçilərin yaxınları ilə daim əlaqə saxlanılır.

Qaçırılan dənizçilərin vətəndaşlığı barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR