Əlcəzairdə hökumət əleyhinə etiraz aksiyaları keçirilir

Əlcəzairdə hökumət əleyhinə etiraz aksiyaları keçirilir
# 02 avqust 2019 17:00 (UTC +04:00)

Əlcəzairin paytaxtı Əlcəzairdə hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

APA TSA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkədə demokratik islahatların aparılmasını, hakim elitanın dəyişməsini və korrupsiyada adı hallanan şəxslərin məhkəməyə cəlb edilməsini tələb edirlər.

Etiraz aksiyasında hüquq müdafiəçiləri və gənclər hərəkatlarının nümayəndələri olmaqla, minlərlə şəxsin iştirak etdiyi bildirilir.

Onlar indiki hökumətin, əsasən də baş nazir Nürəddin Bedui və prezident vəzifəsini müvəqqəti icra edən Abdülqədir Bensalehin istefası ilə bağlı şüarlar səsləndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR