Malidə 10 sülhməramlı minanın partlaması nəticəsində xəsarət alıb

Malidə 10 sülhməramlı minanın partlaması nəticəsində xəsarət alıb
# 12 iyul 2019 03:47 (UTC +04:00)

BMT-nin Malidə sabitliyin yaradılması üzrə çoxistiqamətli kompleks missiyasının (MINUSMA) 10 əməkdaşı ölkənin şimalında minanın partlaması nəticəsində xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində məlumat yer alıb.

“Bu səhər Malinin şimalındakı Kidal şəhərinə əməliyyata yollanan MINUSMA-nın zirehli avtomobillərindən biri quraşdırılmış minanın üzərindən keçib. İlkin məlumata əsasən, 10 sülhməramlı yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR