Malidə üçmərtəbəli bina çöküb, azı 15 nəfər ölüb

Malidə üçmərtəbəli bina çöküb, azı 15 nəfər ölüb
# 02 sentyabr 2019 02:30 (UTC +04:00)

Malinin paytaxtı Bamako şəhərində yaşayış binasının çökməsi nəticəsində 15 nəfər ölüb, daha 41 sakin isə dağıntılar altından xilas olunub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd olunub.

Bildirilir ki, üçmərtəbəli bina yerli vaxtla saat 04:00-da uçub. Xilasetmə işləri gün ərzində davam etdirilib.

“20:00-a olan məlumata görə, Bankoni Salembuqu rayonunda binanın uçması zamanı 41 nəfər xilas olunub, daha 15 nəfəri ölüb”, - deyə nazirlik bildirib.

Xilasetmə işlərinə, eləcə də zərərçəkmiş ailələrə dəstək olmaq üçün hadisə yerinə, həmçinin Malinin bir neçə nazirləri də gəlib.

Ehtimal olunur ki, insident ən yuxarı mərtəbədə aparılan tikinti işlərinə görə baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR