Misirdə terrorçuların hücumu nəticəsində 6 əsgər öldürülüb

Misirdə terrorçuların hücumu nəticəsində 6 əsgər öldürülüb
# 26 iyun 2019 09:13 (UTC +04:00)

Misirdə, Sinay yarımadasının şimalında terrorçuların hücumu nəticəsində güc strukturlarının 6 üzvü öldürülüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı ölkənin təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum Şimali Sinayın ən böyük şəhəri olan Əl-Arişadakı 3 nəzarət postlarında törədilib. Atışma zamanı, həmçinin yeddi terrorçu məhv edilib, onlardan ikisinin üzərində kamikadze kəməri aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR