Rusiyalı diplomat: “Sudana qarşı xarici müdaxilənin əleyhinəyik” 

Rusiyalı diplomat: “Sudana qarşı xarici müdaxilənin əleyhinəyik” 
# 07 iyun 2019 06:18 (UTC +04:00)

Aprel ayında prezident Ömər Əl-Bəşir devriləndən sonra Sudanda zorakılıq səngimir, qeyri-sabitlik hökm sürür.

APA Rusiya KİV-ə istinadla xəbər verir ki, son hadisələrdə ordu ilə etirazçılar arasında baş vermiş toqquşmada 100-dən çox müxalifətçi öldürülüb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Sudanla bağlı ölkəsinin mövqeyini ortaya qoyub. O deyib ki, Moskva Sudana hər bir xarici müdaxilənin əleyhinədir: “Sudanda böhranı həll etmək üçün dialoq və kompromis lazımdır. Təbii ki, bunu etməkdən ötrü asayiş bərqərar olunmalıdır. Durumun sabitləşməsini istəməyən ekstremistlərə və provokatorlara qarşı savaşmalısan”

Lakin Boqdanov ekstremistlər və provokatorlar dedikdə onların konkret hansı qüvvələr olduğunu açıqlamayıb: “Biz hər hansı xarici müdaxiləyə, sudanlıların nəyəsə məcbur edilməsinə qarşıyıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR